"Günay Sığorta" nizamnamə kapitalını 6% artırır

"Günay Sığorta" nizamnamə kapitalını 6% artırır "Günay Sığorta" ASC-nin səhmdarları şirkətin nizamnamə kapitalının 600 min manat və yaxud 6,3 % artırılaraq 9,5 milyon manatdan 10,1 milyon manata çatdırılmasına qərar veriblər.
Maliyyə
7 Oktyabr , 2022 10:19
Günay Sığorta nizamnamə kapitalını 6% artırır

"Günay Sığorta" ASC-nin səhmdarları şirkətin nizamnamə kapitalının 600 min manat və yaxud 6,3 % artırılaraq 9,5 milyon manatdan 10,1 milyon manata çatdırılmasına qərar veriblər.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 600 ədəd yeni səhm buraxılacaq. Qiymətli kağızları mövcud səhmdarların hansı nisbətdə əldə edəcəyi hələ ki, məlum deyil.

Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Şirkətin səhmlərinin 58,31%-i Yeganə Şirinovaya ("Günay Bank" ASC-nin 41,15 %-lik səhmdarı), 33,27 %-i Mahmud Məmmədova ("Günay Bank"ın 58,22 %-lik səhmdarı və Müşahidə Şurasının sədri), 8,42 %-i isə "Günay Bank"a məxsusdur.

Son xəbərlər

Orphus sistemi