Aprelin 6-da, saat 15:00-da "Günay Sığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 75C ünvanında olacaq.
Yığıncağın gündəliyinə "Günay Sığorta"nın 2019-cu ildəki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının təsdiq edilməsi və xalis mənfəətinin bölüşdürülməsi məsələləri daxildir.
Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 milyon manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Şirinovaya ("Günay Bank" ASC-nin 38,94%-lik səhmdarı), 28,06%-i isə Mahmud Məmmədova ("Günay Bank"ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.