“Günay Sığorta”nın ödənişləri 24 dəfə artıb

“Günay Sığorta”nın ödənişləri 24 dəfə artıb Bakı. 9 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında “Günay Sığorta”nın yığımları 157,35 min manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata gö...
Maliyyə
9 Fevral , 2017 15:46
“Günay Sığorta”nın ödənişləri 24 dəfə artıb

Bakı. 9 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında “Günay Sığorta”nın yığımları 157,35 min manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,32% çoxdur.

Hesanat dövründə “Günay Sığorta”nın ödənişləri də artıb. Belə ki, Şirkət ay ərzində 16 349 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 23,83 dəfə çoxdur.

Kəskin artıma səbəb “Günay Sığorta”nın öt il iyunun 30-da hazırda ləğvetmə prosesində olan "Buta Sığorta" ASC-nin 1 839 919 manatlıq aktivlərini almasıdır.

2017-ci ilin yanvar ayında “Günay Sığorta” topladığı hər 100 manat sığorta haqqının 10,39 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2016-cı ilin yanvar ayında 0,49% olub.

Xatırladaq ki, "Günay Sığorta" şirkəti 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 000 manat olan 7 700 səhm əsasında formalaşıb. Səhmlərin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya, 16,61%-i "Günaybank" ASC-yə, 11,45%-i isə Xanım Nadir qızı Məmmədovaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi