Bakı. 14 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında “Günay Sığorta” ASC-nin yığımları 362 970 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,43 dəfə çoxdur.
Hesabat dövründə “Günay Sığorta”nın ödənişləri isə kəskin artıb. Belə ki, Şirkət 2 ay ərzində 56 608 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 22,21 dəfə çoxdur.
2017-ci ilin yanvar-fevral aylarında “Günay Sığorta” topladığı hər 100 manat sığorta haqqının 15,6 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2016-cı ilin yanvar-fevral aylarında 1,71% olub.
Xatırladaq ki, "Günay Sığorta" şirkəti 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 000 manat olan 7 700 səhm əsasında formalaşıb. Səhmlərin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya, 16,61%-i "Günaybank" ASC-yə, 11,45%-i isə Xanım Nadir qızı Məmmədovaya məxsusdur.