“Günay Sığorta”da yeni təyinat olub

“Günay Sığorta”da yeni təyinat olub Şirkətin İdarə Heyətinə sədr müavini təyin edilib
Maliyyə
13 Dekabr , 2016 15:27
“Günay Sığorta”da yeni təyinat olub

Bakı. 13 dekabr. REPORT.AZ/ “Günay Sığorta” ASC-nin İdarə Heyətinə (İH) sədr müavii təyin edilib. 

“Report” şirkətə istinadən xəbər verir ki, söhbət Kənan Əskərovdan gedir.

Bununla da, “Günay Sığorta”nın İH-də təmsil olunan şəxslərin sayı 3-ə çatıb. Hazırda şirkətin İH-nə Qəmbər Suvanverdiyev rəhbərlik edir. İH-nin üzvü isə Vüqar Rəcəbovdur.

Xatırladaq ki, "Günay Sığorta" şirkəti 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 mln. manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya, 16,61%-i "Günay Bank" ASC-yə, 11,45%-i isə Xanım Nadir qızı Məmmədovaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi