“Günay Sığorta”da yeni təyinat olub

“Günay Sığorta”da yeni təyinat olub Şirkətin Daxili audit xidmətinə rəhbər təyin edilib
Maliyyə
16 Dekabr , 2016 15:50
“Günay Sığorta”da yeni təyinat olub

Bakı. 16 dekabr. REPORT.AZ/ “Günay Sığorta” ASC-nin Daxili audit xidmətinə rəhbər təyin edilib. 

“Report” şirkətə istinadən xəbər verir ki, bu vəzifəyə İlkin Mirzəyev gətirilib.

O, bundan əvvəl “Azərbaycan Sənaye Sığorta” ASC-də auditor vəzifəsində çalışıb. 

Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 mln. manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya, 16,61%-i "Günaybank" ASC-yə, 11,45%-i isə Xanım Nadir qızı Məmmədovaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi