“Günay Sığorta”da yeni təyinat olub

“Günay Sığorta”da yeni təyinat olub “Günay Sığorta” ASC-nin Daxili Audit Xidmətinə yeni rəhbər təyin edilib.
Maliyyə
10 Aprel , 2019 17:32
“Günay Sığorta”da yeni təyinat olub

“Günay Sığorta” ASC-nin Daxili Audit Xidmətinə yeni rəhbər təyin edilib.

“Report” xəbər verir ki, bu, Rövşən Rasim oğlu Mustafayevdir.

Onun indiyə qədər digər sığorta şirkətlərində işlədiyi və yeni vəzifəsində ötən ilin iyun ayında “Günay Sığorta”nın İdarə Heyətinin sədr müavini təyin olunmuş İlkin Şahin oğlu Mirzəyevi əvəz etdiyi bildirilir.

Xatırladaq ki, "Günay Sığorta" şirkəti 1992-ci ildə yaradılıb. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya ("Günay Bank" ASC-nin 38,94%-lik səhmdarı), 16,61%-i "Günaybank"a, 11,45%-i isə Xanım Nadir qızı Məmmədovaya ("Günay Bank"ın 2,31%-lik səhmdarı və Müşahidə Şurasının üzvü) məxsusdur.

Son xəbərlər

Orphus sistemi