“Günay-Lizinq”in rəhbəri dəyişib

“Günay-Lizinq”in rəhbəri dəyişib “Günay-Lizinq” MMC-yə yeni direktor təyin edilib.
Maliyyə
15 Avqust , 2019 10:59
“Günay-Lizinq”in rəhbəri dəyişib

“Günay-Lizinq” MMC-yə yeni direktor təyin edilib.

“Report” xəbər verir ki, bu vəzifə Rəşad Hüseynzadəyə həvalə olunub.

O, indiyə qədər şirkətdə mütəxəssis kimi çalışıb və yeni vəzifəsində Fərid Beybutovu əvəz edəcək. Keçmiş direktor isə bundan sonra yalnız 2017-ci ildə təsis etdiyi “Günay Finans” MMC-yə rəhbərlik edəcək.

“Günay-Lizinq” 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 min manatdır. Şirkətin təsisçisi 100% “Günay Bank” ASC-dir. 

Son xəbərlər

Orphus sistemi