"Günay Bank"ın mənfəəti 3 dəfəyə yaxın artıb

"Günay Bank"ın mənfəəti 3 dəfəyə yaxın artıb Günay Bank ASC bu ilin I rübünü 1,1 milyon manat mənfəətlə başa vurub.
Maliyyə
27 aprel 2020 07:10
Günay Bankın mənfəəti 3 dəfəyə yaxın artıb

"Günay Bank" ASC bu ilin I rübünü 1,1 milyon manat mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,8 dəfə çoxdur.

Yanvar-mart aylarında "Günay Bank"ın gəlirləri 5,8 milyon manat (illik müqayisədə 32,4% çox), xərcləri isə 4,1 milyon manat (4,8% çox), xüsusi ehtiyatlara ayırmaları isə 632 min manat (7 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə "Günay Bank"ın aktivləri 236,2 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 15,9% çoxdur. Bunun 153,4 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 22,4% böyüyüb.

Hesabat dövründə "Günay Bank"ın öhdəlikləri 20,9% artaraq 170,7 milyon manata, o cümlədən depozit portfeli 22,2% artaraq 96 milyon manata, balans kapitalı isə 4,8% artaraq 65,6 milyon manata çatıb.

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 52,13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40,05%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi