Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 3% azalıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 3% azalıb Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 347 885 min manat təşkil edib.
Maliyyə
8 May , 2020 17:39
Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 3% azalıb

Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 347 885 min manat təşkil edib.

“Report” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% azdır.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 4% artaraq 327 483 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 0,4% azalaraq 963 925 min manat, aksizlər üzrə daxilolmalar 54,4% azalaraq 43 841 min manat, yol vergisi üzrə daxilolmalar isə 4,4% azalaraq 12 637 min manat olub.

Son xəbərlər

Orphus sistemi