Azərbaycanda girov qoyulmuş əşyanın satışından götürülmüş məbləğin bölüşdürülməsi qaydası təkmilləşdirilir

Azərbaycanda girov qoyulmuş əşyanın satışından götürülmüş məbləğin bölüşdürülməsi qaydası təkmilləşdirilir Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanda girov qoyulmuş əşyanın satışından götürülmüş məbləğin bölüşdürülməsi qaydası təkmilləşdirilir.
Maliyyə
1184
24 Dekabr , 2018 17:54
Azərbaycanda girov qoyulmuş əşyanın satışından götürülmüş məbləğin bölüşdürülməsi qaydası təkmilləşdirilir

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanda girov qoyulmuş əşyanın satışından götürülmüş məbləğin bölüşdürülməsi qaydası təkmilləşdirilir.

“Report”un verdiyi xəbərə görə, bununla bağlı Mülki Məcəlləyə dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb.

Sənəddə bildirilir ki, girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ əvvəlcə girov qoyulmuş əşyanın saxlanılması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə, “Daşınar əmlakın yüklülüyü haqqında” qanunla müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə, girov saxlayanın tələblərinin ödənilməsinə, “Daşınar əmlakın yüklülüyü haqqında” qanunla müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə yönəldilir.

Bu ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 iş günü müddətində girov qoyana qaytarılır. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği , əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur.

Qeyd edək ki, hazırda girov qoyulmuş əşyanın satışından götürülmüş məbləğin bölüşdürülməsi aşağıdakı qaydada aparılır. Girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur.

Son xəbərlər

Orphus sistemi