Gigiyena və Epidemologiya Mərkəzindəki nöqsanlarla bağlı Baş Prokurorluğa məlumat göndərilib

Gigiyena və Epidemologiya Mərkəzindəki nöqsanlarla bağlı Baş Prokurorluğa məlumat göndərilib Bakı. 30 yanvar. REPORT.AZ/ Hesablama Palatasının Kollegiyası dövlət büdcəsindən 1 yanvar 2015-ci ildən 1 oktyabr 2017-ci ilədək Respublika Gigiyena və Epidemologiya Mərkəzinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı təsdiq edib.
Maliyyə
30 Yanvar , 2018 17:25
Gigiyena və Epidemologiya Mərkəzindəki nöqsanlarla bağlı Baş Prokurorluğa məlumat göndərilib

Bakı. 30 yanvar. REPORT.AZ/ Hesablama Palatasının Kollegiyası dövlət büdcəsindən 1 yanvar 2015-ci ildən 1 oktyabr 2017-ci ilədək Respublika Gigiyena və Epidemologiya Mərkəzinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı təsdiq edib.

“Report” bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

Məlum olub ki, auditlə əhatə olunan dövrdə tarif dərəcələri düzgün müəyyənləşdirilməyib, dərman, reaktiv və digər materiallar üzrə çatışmazlıq olub, görülmüş işlərin hesab-fakturada düzgün əks etdirilməməsi nəticəsində podratçı təşkilatın hesabına artıq vəsait ödənilib, ödənişli xidmətin düzgün təşkil olunmaması səbəbindən görülmüş işlərə görə xidmət haqlarının tam alınması təmin edilməyib, artıq ezamiyyə xərci ödənilib, təmir-tikinti işlərinin rəsmiləşdirilməsi zamanı iş həcmlərinin artırılması hallarına yol verilib.

Bundan başqa, müəssisədə əməliyyatların baş verməsi faktını əks etdirən ilkin uçot sənədlərinin toplanması, həmin əməliyyatlar üzrə memorial orderlərin yazılması və mühasibat qeydlərinin memorial orderlərdən maliyyə hesabatlarına köçürülməsi zamanı bəzi hallarda nöqsanlara yol verilib, uçota alınan xərclər maliyyə hesabatlarının bölmələrinə və maddələrinə uyğun təsnifləşdirilməyib, əsaslı təmir xərci kapitallaşdırılmış məsrəflər kimi uçota alınmayaraq xərcə silinib, nəqliyyat vasitələrinə artıq amortizasiya hesablanıb.

Hesablama Palatasının Kollegiyası Respublika Gigiyena və Epidemologiya Mərkəzi tərəfindən yol verilmiş nöqsanların, əsasən, audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Mərkəzə, eyni zamanda auditin nəticələri ilə bağlı məlumat aidiyyəti üzrə Səhiyyə Nazirliyinə göndərilib.

Eyni zamanda nəzarət tədbiri zamanı dövlət büdcəsindən ayrılan vəsaitdən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbi pozularaq satınalma proseduru keçirilmədən vəsait xərclənməsinə görə qanunvericiliyə uyğun olaraq, tədbir görülməsi məqsədilə müvafiq məlumatlar Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edilib.

Auditin nəticələri ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi