Geosiyasi gərginlik qızılı bahalaşdırıb

Geosiyasi gərginlik qızılı bahalaşdırıb Rusiya qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı tanıdıqdan sonra geosiyasi vəziyyətin kəskinləşməsi dünya bazarlarında qızılın bahalaşmasına səbəb olub.
Maliyyə
22 fevral 2022 06:27
Geosiyasi gərginlik qızılı bahalaşdırıb

Rusiya qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı tanıdıqdan sonra geosiyasi vəziyyətin kəskinləşməsi dünya bazarlarında qızılın bahalaşmasına səbəb olub.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,54 %, yaxud 10,25 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 910,05 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,83 % artaraq, 1 unsiyası 24,192 ABŞ dolları təşkil edib.

Fevralın 19-u qondarma DXR və LXR-in liderləri ümumi səfərbərlik elan etdikdən sonra Rusiyaya tanınma ilə bağlı müraciət ünvanlayıblar. Dünən isə Rusiya Prezidenti Vladimir Putin bu respublikaların suverenliyinin tanınması haqqında fərman imzalayıb. İnvestorlar bu addımı geosiyasi gərginliyin artması kimi qəbul edib. Ənənəvi olaraq, qiymətli metal qlobal risklərin mövcudluğu şəraitində sığınacaq aktiv hesab olunur.

Analitiklər hesab edirlər ki, qızılın qiyməti Rusiya və Ukrayna arasında cərəyan edən hadisələrə uyğun olaraq dəyişəcək.

Son xəbərlər

Orphus sistemi