Geosiyasi gərginlik fonunda qızılın qiyməti artıb

Geosiyasi gərginlik fonunda qızılın qiyməti artıb Beynəlxalq gərginlik fonunda qlobal investorların bazar risklərindən yayınmağa çalışması qızılın, təxminən, 1% bahalaşmasına səbəb olub.
Maliyyə
9 Mart , 2022 10:50
Geosiyasi gərginlik fonunda qızılın qiyməti artıb

Beynəlxalq gərginlik fonunda qlobal investorların bazar risklərindən yayınmağa çalışması qızılın, təxminən, 1% bahalaşmasına səbəb olub.

“Report” xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0, 99%, yaxud 20,25 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 2 063,55 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 1,28% artaraq, 1 unsiyası 27,24 ABŞ dolları təşkil edib.

Rusiya və Ukrayna ətrafında cərəyan edən hadisələr fonunda investorların qızılın da daxil olduğu etibarlı aktivlərə maraq göstərməsi tələbi dəstəkləyir. Bu şəraitdə qızıl artıcıl 5 ticarət sessiyası ərzində 7%-dən çox bahalaşıb.

Bir sıra ölkələrin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi, xarici şirkətlərin Rusiya bazarını tərk etməsi iqtisadi artım və yüksək inflyasiya ilə bağlı narahatlığı artırıb.

Son xəbərlər

Orphus sistemi