Gəncə Şəhər İcra Hakimiyyəti idman sarayının inşasının davam etdirilməsi, eləcə də Dövlət Dram Teatrının yeni binasının tikintisinin davam etdirilməsi ilə bağlı elan etdiyi növbəti açıq tenderlərə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi yenə də "Rövşən Oğuz Qrup" MMC-dir.
Qalib şirkətə müvafiq olaraq 15 milyon manat və 4,2 milyon manat, ümumilikdə isə 19,2 milyon manat ödəniləcək.
Xatırladaq ki, bundan əvvəl idman sarayının tikintisinə 3 tender üzrə 6,4 milyon manat, 9,4 milyon manat və 5 milyon manat, ümumilikdə 20,8 milyon manat ayrılmışdı. Beləliklə, tikinti xərcləri 35,8 milyon manata çatıb.
"Rövşən Oğuz Qrup" həm də icra hakimiyyətinin Gəncədə teatr binasının tikintisi ilə bağlı elan etdiyi əvvəlki 2 açıq tenderin qalibidir. Bu iş üçün şirkətə 9,35 milyon manat və 16,9 milyon manat, son tenderlə birlikdə isə 30,45 milyon manat ayrılıb.
Beləliklə, iki obyektin tikinti xərcləri 66,25 milyon manata çatıb.