“Gəncəbank”ın kreditorlarının bir hissəsi açıqlanıb

“Gəncəbank”ın kreditorlarının bir hissəsi açıqlanıb Siyahıda Azərbaycanın 2 sığorta şirkətinin adı var
Maliyyə
109
25 Aprel , 2017 15:39
“Gəncəbank”ın kreditorlarının bir hissəsi açıqlanıb

Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Gəncəbank” ASC-də yaradılmış Kreditorlar Komitəsinin üzvlərinin siyahısını açıqlayıb.

“Report”un məlumatına görə, Azərbaycanın 2 sığorta şirkətinin - “Atəşgah Həyat Sığorta” və “Başak İnam Sığorta” ASC-lərin, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF), “Azərbaycan İpoteka Fondu” ASC-nin, Azərbaycan Mərkəzi Bankının, Kənd Təsərrüfatı Nazirliyinin, Gəncə Regional Mühafizə İdarəsinin adı var.

Qeyd edək ki, “Gəncəbank”ın Kreditorlar Komitəsinin ilk iclası mayın 5-də, saat 15:00-da Bankın Gəncə şəhəri, Atatürk prospekti,260 ünvanında yerləşən inzibati binasında keçiriləcək. İclasın gündəliyinə Kreditorlar Komitəsinin Əsasnaməsi ilə tanışlıq, Komitə sədrinin və iclasın katibinin seçilməsi, Komitənin iş planının hazırlanması, növbəti iclasın tarixi və gündəliyinin müəyyən edilməsi məsələləri daxildir.

Son xəbərlər

Orphus sistemi