“Gəncə Mexanizasiya-5”in səhmləri 13% bahalaşıb

“Gəncə Mexanizasiya-5”in səhmləri 13% bahalaşıb Bakı Fond Birjasında (BFB) “Gəncə Mexanizasiya-5” ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb
Maliyyə
22 Fevral , 2017 15:40
“Gəncə Mexanizasiya-5”in səhmləri 13% bahalaşıb

Bakı. 22 fevral. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) “Gəncə Mexanizasiya-5” ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb.

“Report” BFB-yə istinadən xəbər verir ki, əqd müəssisənin 350 səhminin realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızların nominal dəyəri 0,4 manat olsa da, onlar 12,5% baha - 0,45 manatdan alınıb-satılıb. Alıcı və satıcı tərəflər açıqlanmayıb.

Xatırladaq ki, “Gəncə Mexanizasiya-5” 2001-ci ildə yaradıb. Müəssisənin nizamnamə kapitalının məbləği açıqlanmır. 

Son xəbərlər

Orphus sistemi