Bakı. 19 mart. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Novruz bayramı ərəfəsində Gəmiçilikdə çalışan üzən heyət və fəhlələrin əmək haqlarının artırılması ilə bağlı birgə qərar qəbul edib.
Bu barədə “Report”a Gəmiçilikdən bildirilib.
Qərara əsasən, 2018-ci il martın 1-dən həmin şəxslərin aylıq vəzifə maaşları 10 faiz artırılıb.
Qeyd edək ki, bu qərar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 8 mindən çox əməkdaşına şamil edilib.