Gələn ilin dövlət büdcəsi sosial yönümlü olacaq

Gələn ilin dövlət büdcəsi sosial yönümlü olacaq Azərbaycanın müdafiə potensialının gücləndirilməsi, dövlət borcuna xidmət və s. məqamlar da nəzərə alınacaq.
Maliyyə
19 Sentyabr , 2017 11:56
Gələn ilin dövlət büdcəsi sosial yönümlü olacaq
Report

Bakı. 19 sentyabr. REPORT.AZ/ "2018-ci ilin dövlət büdcəsində həmişəki kimi sosial sahəyə diqqət yetiriləcək. Həmçinin Azərbaycanın müdafiə potensialının gücləndirilməsi, dövlət borcuna xidmət və s. məqamlar da nəzərə alınacaq". 

"Report"un verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.

"Büdcə layihələri Nazirlər Kabinetinə təqdim olunub. Müzakirələrin nəticəsi olaraq həmin layihə prezindentə təqdim olunmalıdır. Parametrlər daha sonra açıqlanacaq", - deyə o, qeyd edib. 

Son xəbərlər

Orphus sistemi