Respublika Talassemiya Mərkəzinin saxlanılması xərcləri gələn ildən büdcənin xərclərində ayrıca nəzərdə tutulacaq

Respublika Talassemiya Mərkəzinin saxlanılması xərcləri gələn ildən büdcənin xərclərində ayrıca nəzərdə tutulacaq Qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək
Maliyyə
16 Avqust , 2017 01:34
Respublika Talassemiya Mərkəzinin saxlanılması xərcləri gələn ildən büdcənin xərclərində ayrıca nəzərdə tutulacaq

Bakı. 16 avqust. REPORT.AZ/ Nazirlər Kabinetinin yeni qərarına əsasən, Səhiyyə Nazirliyinin Respublika Talassemiya Mərkəzinin saxlanılması xərcləri gələn ildən etibarən dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca nəzərdə tutulacaq.

"Report" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən, Səhiyyə Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alınaraq Respublika Talassemiya Mərkəzinin saxlanılması xərcləri 2018-ci ilin əvvəlindən etibarən dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulacaq. Maliyyə və səhiyyə nazirliklərinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Qeyd edək ki, qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi