Gələn il Rusiyada iqtisadi artım gözlənilmir

Gələn il Rusiyada iqtisadi artım gözlənilmir Bakı. 13 dekabr. REPORT.AZ/ 2017-ci ildə Rusiya iqtisadiyyatının artmasına səbəb yüksək neft qiymətləri və dövlətin Kerç körpüsü kimi layihələrə artan xərcləri olub. 2018-ci ildə isə bu olmaya bilər.
Maliyyə
13 Dekabr , 2017 20:09
Gələn il Rusiyada iqtisadi artım gözlənilmir

Bakı. 13 dekabr. REPORT.AZ/ "2017-ci ildə Rusiya iqtisadiyyatının artmasına səbəb yüksək neft qiymətləri və dövlətin Kerç körpüsü kimi layihələrə artan xərcləri olub. 2018-ci ildə isə bu olmaya bilər".

"Report" "Gazeta.ru" saytına istinadən xəbər verir ki, bunu "Maliyyə mühasibat məsləhətləri" (FBK) şirkətinin strateji təhlillər institutunun direktoru İqor Nikolayev səsləndirib.

İ.Nikolayevin sözlərinə görə, buna baxmayaraq, iqtisadiyyatda struktur böhran davam edir və iqtisadi artım dayanıqlı deyil. Direktor bu ilin yekununda Rusiyada inflyasiyanın 2,5%, RUB/USD məzənnəsinin 60, iqtisadi artımın isə 1,5-2% olacağını proqnozlaşdırıb. Lakin bununla da nikbinlik bitdiyini qeyd edib.

İ.Nikolayev hesab edib ki, dolların məzənnəsində sabitlik xarici portfel investorlarının maliyyə bazarlarına daxil olması hesabına baş verib. Belə ki, onlar hazırda Rusiya yerli dövlət borclarının 30%-dən çox hissəsinə sahibdirlər.

Digər ekspertlər də İ.Nikolayevlə razılaşıblar. İqtisadi inkişaf nazirinin keçmiş müavini Aleksey Vedev bu il iqtisadi artımın korreksiya xarakteri daşıdığını, gələn il isə artım gözlənilmədiyini bildirib.

Moskvanın Karneqi mərkəzinin "İqtisadi siyasət" proqramının direktoru Andrey Movçan hesab edib ki, "Ural" markalı neftin 20% bahalaşması ÜDM-i 2% artırır. Amma qiymətlər hər an aşağı düşə bilər.

Son xəbərlər

Orphus sistemi