Gələn il Azərbaycanda dövlət büdcəsindən mənzil və kommunal təsərrüfatına 262 milyon manat ayrılacağı gözlənilir.
"Report" xəbər verir ki, bu, "2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, ayrılacaq vəsaitin 44 milyon manatı mənzilə, 113 milyon manatı kommunal təsərrüfata, 15 milyon manatı su təsərrüfatına, 90 milyon manatı isə mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlərə yönəldiləcək.