Gələn il Azərbaycanda sosial ipotekaya 250 mln. manat ayrılacaq

Gələn il Azərbaycanda sosial ipotekaya 250 mln. manat ayrılacaq Hərbi qulluqçuların kirayə xərclərinə 20 mln. manat ayrılacaq
Maliyyə
20 Oktyabr , 2017 13:30
Gələn il Azərbaycanda sosial ipotekaya 250 mln. manat ayrılacaq

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycanın 2018-ci il dövlət büdcəsində əhalinin mənzilə olan tələbatının ödənilməsi, vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi və sosial ipoteka kimi xərclərə 250 mln. manatın ayrılması nəzərdə tutulub.

“Report” bu barədə “2018-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir.

Bundan başqa, sənəddə deyilir ki, 20 il və daha çox xidmət etmiş, işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyasının verilməsinə 30 mln. manat, hərbi qulluqçuların kirayə xərclərinə 19,8 mln. manat ayrılacaq.

Həmçinin, büdcədən “Bakı Metropoliteni” QSC-yə 89 mln. manat, “Azərbaycan Hava Yolları” QSC-yə isə 10 mln. manat yardım ediləcək.

Son xəbərlər

Orphus sistemi