Gələn il ARDNF qazandığından 4,2 milyard manat çox xərcləyəcək

Gələn il ARDNF qazandığından 4,2 milyard manat çox xərcləyəcək 2021-ci ildə Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirlərinin 8 001,2 milyon manat, büdcə xərclərinin isə 12 220,5 milyon manat olacağı gözlənilir.
Maliyyə
22 Dekabr , 2020 11:54
Gələn il ARDNF qazandığından 4,2 milyard manat çox xərcləyəcək

2021-ci ildə Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirlərinin 8 001,2 milyon manat olacağı gözlənilir.

“Report” bu barədə gələn ilin büdcə layihəsinə istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2020-ci illə müqayisədə 168,4 milyon manat və yaxud 2,1% çoxdur.

Gələn il ARDNF-in büdcə xərclərinin isə 12 220,5 milyon manat ( o cümlədən dövlət büdcəsinə transfertin 12,2 milyard manat) təşkil edəcəyi proqnozlaşdırılır. Bu isə bu ilə nisbətən 189,5 milyon manat və yaxud 1,5% azdır.

Son nəticədə Fondun büdcəsində 4 219,3 milyon manat kəsir yaranacaq. Bu isə illik müqayisədə 7,8% azdır.

Son xəbərlər

Orphus sistemi