Bakı. 15 mart. REPORT.AZ/ Aprelin 18-də "Bank Respublika" ASC səhmdarlarının növbəti yığıncağı keçiriləcək. Toplantı Bankın Bakıdakı baş ofisində saat 15:00-da təşkil olunacaq.
"Report"un Bankın rəsmi qəzetdə dərc olunan elanına əsasən verdiyi xəbərə görə, yığıncağın gündəliyinə 2015-ci il üzrə kənar audit yoxlamasının nəticələri, ASC-də divident siyasətinin təsdiq edilməsi, Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi məsələləri daxildir.
Qeyd edək ki, hazırda "Bank Respublika"nın Müşahidə Şurasının tərkibi sədr Elçin Quliyev və üzvlər Asəf Namazov, Nail Şahverdiyev, Stefan Karsten və İrina Şmidtdən ibarətdir.