Bakı. 24 may. REPORT.AZ/ İyunun 20-21-də Bakıda “Azərbaycanda sığorta: Yeni perspektivlər” adlı konfrans keçiriləcək.
“Report” xəbər verir ki, tədbirin təşkilatçısı Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Rumıniyanın XPRIMM şirkətidir.
Konfransa Maliyyə Bazarlarına Nəzarət Palatası dəstək verir.
"Konsolidasiya, dinamik templər, yeni icbari sığorta məhsullarının tətbiqi, islahatların təşviq edilməsi və innovasiyaların axtarışı - bunlar, Azərbaycanın sığorta bazarının 2017-ci ildə qarşılaşdığı əsas tendensiyalardır. Sığorta sahəsini inkişaf etdirmək üçün praktik yanaşma, investisiya və proseslərin inkişafı kimi bir çox imkanlar var. Konfransda yerli sığorta bazarında baş verən proseslər müzakirə ediləcək, beynəlxalq təcrübə ilə bağlı fikir mübadiləsi aparılacaq", - deyə şirkətin açıqlamasında qeyd olunub.