G20 sammitində kriptovalyuta bazarı barədə açıqlanacaq fikirlər məlum olub

G20 sammitində kriptovalyuta bazarı barədə açıqlanacaq fikirlər məlum olub Bakı. 14 mart. REPORT.AZ/ Kriptovalyuta bazarında satışlar dayanmayıb və eyni templə davam edir. 
Maliyyə
14 Mart , 2018 18:19
G20 sammitində kriptovalyuta bazarı barədə açıqlanacaq fikirlər məlum olub

Bakı. 14 mart. REPORT.AZ/ Kriptovalyuta bazarında satışlar dayanmayıb və eyni templə davam edir. 

"Report" xəbər verir ki, buna səbəb "Reuters" agentliyinin yaydığı məlumat olub. 

Agentlik martın 19-20-də Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək G20 sammitinin yekun bəyannaməsi ilə tanış olub. Qeyd edək ki, həmin tədbirdə dünyanın inkişaf etmiş ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri iştirak edəcək.

Sammitdə kriptovalyuta bazarına nəzarətin gücləndirilməsi ilə bağlı çağırışlar gözlənilir. Maliyyə liderlərinin kriptovalyutaların əsasında duran texnoloji innovasiyaların maliyyə sisteminin effektivliyini yüksəltdiyini qeyd edəcəyi gözlənilir. 

"Kriptovalyutalar istehlakçı və investorların hüquqlarının qorunması problemini ortaya çıxarıb. Həmçinin vergidən yayınma, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə aparmaq üçün bazara nəzarət artırılmalıdır. Bu problemlər müəyyən nöqtədə qlobal maliyyə stabilliyinə zərər verə bilər", bəyannamədə qeyd olunub.

Sammitdə Fransa və Almaniyanın kriptovalyuta bazarına nəzarət barədə ortaq açıqlamalarının olacağı gözlənilir. Avropa İttifaqı Müşahidə Şurası sədrinin sözlərinə görə, qısamüddətli strategiyada kriptovalyutalarla bank əməliyyatlarına qadağa qoyulması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi