Fransanın üçüncü ən iri bankı “Societe Generale” 2 pərakəndə bankçılıq şəbəkəsinin birləşdirilməsi ilə əlaqədar olaraq 2023-2025-ci illərdə 3 700 işçisini ixtisar edəcək.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, yeni pərakəndə bank 25 000-lik ştata malik olacaq və 10 milyona yaxın müştəriyə xidmət göstərəcək.