Fransa saxta avro dövriyyəsinə görə ilk sırada yer alır

Fransa saxta avro dövriyyəsinə görə ilk sırada yer alır Əsas saxtalaşdırılan 20 və 50 avroluq əskinaslardır
Maliyyə
12 İyul , 2017 20:21
Fransa saxta avro dövriyyəsinə görə ilk sırada yer alır

Bakı. 12 iyul. REPORT.AZ/ Aşkar olunan saxta avro əskinasların həcminə görə Fransa 2016-cı ildə Avrozonada ilk sırada yer alıb. 

"Report"un "Le Figaro" qəzetinə istinadən verdiyi xəbərə görə, saxta əskinasıların 34%-i Fransada aşkar olunub. Bu barədə qəzetə Fransa Milli Polisinin saxta pullarla mübarizə Baş İdarəsindən məlumat verilib.

Bildirilib ki, ən çox saxtalaşdırılan 20 və 50 avrolluq banknotlar olub. Bu əskinaslar məcmu aşkar edilən saxta əskinasların 87%-ni təşkil edib. Ümmumiyyətlə, 2016-cı ildə saxta valyuta dövriyyəsinin Fransada 35% azaldığı müşahidə olunub. 

Son xəbərlər

Orphus sistemi