"Fitch": “Azsığorta”nın investisiya portfeli yüksək risklidir

"Fitch": “Azsığorta”nın investisiya portfeli yüksək risklidir Bakı. 27 fevral. REPORT.AZ/ “Fitch” beynəlxalq Reytinq Agentliyi “Azsığorta” ASC-nin reytinqinə yenidən baxıb.
Maliyyə
27 Fevral , 2019 12:46
Fitch: “Azsığorta”nın investisiya portfeli yüksək risklidir

Bakı. 27 fevral. REPORT.AZ/ “Fitch” beynəlxalq Reytinq Agentliyi “Azsığorta” ASC-nin reytinqinə yenidən baxıb.

“Report” bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, qurum Sığortaçının Maliyyə Gücü (Insurer Financial Strength – IFS) reytinqini “B” səviyyəsində saxlayıb, reytinq üzrə proqnozunu isə “Mənfi”dən “Sabit”ə yüksəldib.

“Fitch” hesab edir ki, 2018-ci ildə “Azsığorta” 2017-ci illə müqayisədə daha güclü maliyyə performansı nümayiş etdirib və onun Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarına (International Financial Reporting Standards – IFRS) uyğun olaraq təqdim olunmuş audit hesabatında zərərli ehtiyatların olmaması əks olunub.

“Reytinq şirkətin nisbətən güclü kapital mövqeyini, onun zəif biznes mövqeyini və investisiya portfelindəki yüksək riski əks etdirir”, - deyə agentlik bəyan edib. 

Son xəbərlər

Orphus sistemi