"Fitch" Yunanıstanın reytinqlərini yüksəldib

"Fitch" Yunanıstanın reytinqlərini yüksəldib “Fitch”: Yunanıstan iqtisadiyyatı tədricən bərpa olunur, ölkənin maliyyə vəziyyəti yaxşılaşır
Maliyyə
21 Avqust , 2017 11:22
Fitch Yunanıstanın reytinqlərini yüksəldib

Bakı. 21 avqust. REPORT.AZ/ “Fitch” Beynəlxalq Reytinq Agentliyi Yunanıstanın xarici və milli valyutada uzunmüddətli defolt reytinqini “CCC”-dən “B-”yə, qısamüddətli defolt reytinqini isə “C”-dən “B”yə yüksəldib.

“Report” xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, reytinq üzrə proqnoz “müsbət”dir.

Bununla yanaşı, ölkə üzrə reytinq mümkün maksimal həddi "В"dən  "В-"yə dəyişdirilib.

Bundan başqa, emitentin uzunmüddətli təmin olunmuş istiqrazları üzrə reytinqi “CCC”dən “B-”yə, qısamüddətli təmin olunmuş istiqrazları üzrə reytinqi isə “C”dən “B”yə yüksəldilib.

“Fitch” hesab edir ki, Yunanıstan iqtisadiyyatı tədricən bərpa olunur, ölkənin maliyyə vəziyyəti yaxşılaşır. Agentlik bu il ölkədə ümumi daxili məhsulun (ÜDM) 1,6%, gələn il isə 2,1% artacağını proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi