"Fitch" Türkiyənin kredit reytinqini aşağı salıb

"Fitch" Türkiyənin kredit reytinqini aşağı salıb Türkiyə bu dəyişikliklə Bəhreyn, Portuqaliya və Azərbaycan ilə eyni qiymətləndirməni bölüşəcək
Maliyyə
28 Yanvar , 2017 11:08
Fitch Türkiyənin kredit reytinqini aşağı salıb

Bakı. 28 yanvar. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Türkiyənin kredit reytinqini "BBB-"dən "BB+" səviyyəsinə endirib. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, proqnoz isə sabit saxlanılıb.

Beləliklə, Türkiyə bu dəyişikliklə Bəhreyn, Portuqaliya və Azərbaycan ilə eyni qiymətləndirməni bölüşəcək

Qeyd edək ki, bundan əvvəl "Moody's" beynəlxalq reytinq agentliyi də Türkiyənin reytinqini aşağı salmışdı.

Qərarın birinci gün məzənnəyə öz təsirini göstərib və bu prosesin davam edəcəyi gözlənilir.  

Son xəbərlər

Orphus sistemi