​"Fitch": Türkiyədə dolların məzənnəsi 3,0 TRY/USD-ni keçəcək

​"Fitch": Türkiyədə dolların məzənnəsi 3,0 TRY/USD-ni keçəcək Beynəlxalq reytinq agentliyi Türkiyə iqtisadiyyatı ilə bağlı şok hesabat hazırlayıb
Maliyyə
6 May , 2015 14:27
​Fitch: Türkiyədə dolların məzənnəsi 3,0 TRY/USD-ni keçəcək

Bakı. 6 may. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Türkiyə iqtisadiyyatı ilə bağlı şok hesabat hazırlayıb. Hesabata görə, yaxın aylarda inflyasiya və işsizlik artacaq, ixrac isə azalacaq, ABŞ dollarının məzənnəsi 3 TRY/USD həddini keçəcək. ÜDM-in adambaşına həcminin hazırkı 10 500 dollardan 1 000 dollar aşağı düşəcəyi gözlənilir. "Report" xəbər verir ki, bu məlumatlar "Fitch"in yeni hazırladığı "Business Monitor International" hesabatında yer alıb.

 İnflyasiyada sürətli artım, işsizlərin sayının 6 mln. nəfəri keşməsi və ixracda azalma məlumatlarının yer aldığı hesabat "Fitch" tərəfindən Türkiyədə fəaliyyət göstərən şirkətlərə göndərilib. Hesabata əsasən, Türkiyəyə investisiya qoymaq istəyən beynəlxalq şirkətlər öz planlarını dəyişdirir. Siyasi gərginliyin yüksək olduğu bildirilir və Türkiyənin Avropa İttifaqına üzv olmaq planlarının daha 10 il təxirə salınacağını istisna etmir. İraq və Suriya ilə sərhəddəki gərginlik Türkiyəni terror riski yüksək olan ölkələrin sırasına daxil edib.

Hesabata görə, adambaşına milli gəlir 2015-ci ildə 9 560 dollara düşəcək, dolların məzənnəsi isə bu ilin sonunda 2,92 TRY/USD, 2016-cı ilin sonunda isə 3,0 TRY/USD-dən artıq olacaq. Tədiyyə balansının cari hesabında isə mənfi saldonun kəskin artacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi