"​Fitch" Rusiyanın kredit reytinqini təsdiqləyib

"​Fitch" Rusiyanın kredit reytinqini təsdiqləyib Ölkənin proqnozu isə "neqativ" kimi qalıb
Maliyyə
17 Oktyabr , 2015 13:28
​Fitch Rusiyanın kredit reytinqini təsdiqləyib

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Rusiyanın kredit reytinqini dəyişdirməyib və "BBB-" səviyyəsində təsdiq edib. 

"Report" xəbər verir ki, Rusiyanın proqnozu isə "neqativ" kimi qalıb.

"Fitch"in məlumatında qeyd olunub ki, xarici amillər iyul ayından etibarən pisləşib, bu da neft qiymətlərinin dinamikasına mənfi təsir göstərib: "Nəticədə rublun və inflyasiyanın sərt dalğalanması müşahidə edilib. Amma rublun devalvasiyası tədiyyə balansına müsbət təsir göstərib".

Agentlik həmçinin Suriyada həyata keçirilən əməliyyatların Rusiya iqtisadiyyatına önəmli təsir etməyəcəyini ehtimal edib. Ölkə riskləri sırasında sanksiyalar, Ukrayna konflikti və valyuta ehtiyatlarının azalması göstərilib.

Ümumiyyətlə, "Fitch" 3 ən böyük kredit reytinqi agentlikləri arasında yeganə agentlikdir ki, Rusiyanın suveren kredit reytinqini "BBB-" (investisiya oluna bilən) səviyyədə saxlayıb. Digər beynəlxalq kredit reytinq agentliyi "S&P" oktyabrın 16-da Rusiyanın kredit reytinqini "neqativ" proqnozla "BB+" investisiya səviyyəsindən aşağı kimi təsdiqləyib.

"Moody's" isə bu ilin fevralında Rusiyanın kredit reytinqini "zibil" səviyyəsinə endirib.

Son xəbərlər

Orphus sistemi