"Fitch" Rusiya şirkətləri ilə əməkdaşlığı dayandırır

"Fitch" Rusiya şirkətləri ilə əməkdaşlığı dayandırır Agentliyin reytinq qiymətləndirməsi yeni milli sistemdəki dəyişikliklərə cavab vermir
Maliyyə
23 Dekabr , 2016 13:21
Fitch Rusiya şirkətləri ilə əməkdaşlığı dayandırır

Bakı. 23 dekabr. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Rusiyada xidmət göstərdiyi bütün şirkətlərin reytinqini geri çağırır. "Report"un "TASS" agenliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb Rusiyada kredit reytinqləri üzrə yeni normativ-hüquqi bazanın tətbiqi və "Fitch"in reytinqlərinin yeni milli qiymətləndirmə sistemindəki dəyişikliklərə cavab verməməsi ilə bağlıdır.

Beləliklə, "Fitch", 2017-ci ilin mart ayının sonuna qədər milli qiymətləndirmə sistemi üzrə 150 Rusiya şirkətinin reytinqini geri çağıracağını bildirib. Qeyd edək ki, Agentlik Rusiyanın müstəqil kredit reytinqi üzrə proqnozunu oktyabrda "neqativ"dən "stabil"ə yüksəldib, kredit reytinqini isə "BBB-" investisiya qoyula biləcək səviyyədə təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi