"Fitch" "Paşa Yatırım Bankası"nın reytinqinə yenidən baxıb - ƏLAVƏ OLUNUB

"Fitch" "Paşa Yatırım Bankası"nın reytinqinə yenidən baxıb - ƏLAVƏ OLUNUB İlk xəbər saat 09:32-də verilib
Maliyyə
1776
13 Mart , 2018 10:52
Fitch Paşa Yatırım Bankasının reytinqinə yenidən baxıb - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 09:32-də verilib

Bakı. 13 mart. REPORT.AZ/ "Fitch" Beynəlxalq Reytinq Agentliyi "Paşa Bank" ASC-nin Türkiyədəki törəməsi "Pasha Yatırım Bankası"nın uzunmüddətli kredit reytiniqini "BBB+", reytinq üzrə proqnozunu isə "stabil" səviyyəsində təsdiq edib. 

"Report" agentliyə istinadən xəbər verir ki, Türkiyə bankının reytinqi, onun səhmlərinin 99,92%-nə nəzarət edən "Paşa Bank"ın ona dəstəyi əsasında müəyyən edilib. 

Xatırladaq ki, "Fitch" Azərbaycan bankının reytinqini "B+", reytinq üzrə proqnozunu isə "stabil" səviyyəsində müəyyən edib. 

Agentlik "Paşa Yatırım Bankası"nın uzunmüddətli defolt reytinqini isə Bankın daxili gücünü nəzərə almaqla "B+" səviyyəsində, həyat qabiliyyətlilik reytinqini isə "b+" səviyyəsində təsdiqləyib. Bankın Türkiyədəki digər emitentlərə qarşı kredit qabiliyyətlilik gücündə isə dəyişiklik olmayıb. 

***

"Fitch" həmçinin bəyan edib ki, "Paşa Yatırım Banksı" 2020-ci ilə qədər aktivlərini 2 dəfədən çox artıraraq 1,8 mlrd. lirəyə (473 mln. ABŞ dollarına) çatdırmağı planlaşdırır. Bu rəqəm 2017-ci ilin III rübünün yekununda 799 mln. lirə (210 mln. dollar) təşkil edib. 

"Bankın Yeni aqressiv strategiyası onun enerji, turizm və inşaat kimi riskli sektorlara daxil olmasına gətirib çıxaracaq. Hazırda "Paşa Yatırım Bankası"nın problemli kreditlərinin xüsusi çəkisi 0% təşkil edir. Bankın sürətli inkişafı və orta ölçülü şirkətlərə meyllənməsi kredit portfelinin keyfiyyətinin bir qədər azalmasına səbəb ola bilər", - deyə agentliyin məlumatında qeyd olunub.

Xatırladaq ki, "Paşa Yatırım Bankası" depozit qəbul etmək lisenziyasına malik deyil. Bu da onu əsas səhmdarından asılı vəziyyətdə saxlayır. "Fitch" Bankın əsas kapital əmsalını (FCC) ötən il oktyabrın 1-nə 34% səviyyəsində qiymətləndirib. Buna səbəb, "PAŞA Bank"dan transfer edilən ilkin kapital olub.

Son xəbərlər

Orphus sistemi