“Fitch” İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiqləyib - ƏLAVƏ OLUNUB

“Fitch” İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiqləyib - ƏLAVƏ OLUNUB İlk xəbər saat 12:27-də verilib
Maliyyə
27 Fevral , 2019 13:31
“Fitch” İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiqləyib - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 12:27-də verilib

Bakı. 27 fevral. REPORT.AZ/ “Fitch” beynəlxalq reytinq agentliyi İpoteka və Kredit Zəmanət Fondunun xarici və yerli valyutada uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsində təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Qurumun reytinq üzrə proqnozu isə “Sabit”dir. 

***

“Fitch” bəyan edib ki, reytinq onun Fondla bağlı dəyişməyən baxışını əks etdirir.

“İpoteka və Kredit Zəmanət Fondu dövlət mülkiyyətindədir, dövlətlə güclü əlaqələrə malikdir və onun fəaliyyətinə nəzarət edilməsi Fondun dövlətin iqtisadi siyasətində strateji əhəmiyyətini göstərir”, - deyə Agentlik bəyan edib.

“Fitch” ehtimal edir ki, Fonda ortamüddətli dövrdə dövlət dəstəyi davam etdiriləcək. Bura kapital inyeksiyası, Azərbaycan Mərkəzi Bankının onun istiqrazlarını alması və s. daxildir. Fond həmçinin gəlir vergisi ödəmədiyi və həyata keçirdiyi əməliyyatlardan gəlir əldə etdiyi üçün də dolayısı ilə dəstəklənir.

“Dövlətin mənzil siyasətində Fondun rolu əhəmiyyətlidir. Fond respublikada subsidiyalaşdırılmış ipoteka krediti verən yeganə dövlət təşkilatıdır. Son dövrlər iqtisadi böhranlar və artan bazar qiymətləri fonunda arasında yerli ipoteka bazarında mərkəzləşdirilmiş borcverən kimi fəaliyyət göstərir. Fond Azərbaycanda ev təsərrüfatlarının borc götürdüyü daşınmaz əmlaklar üzrə kredit portfelinin 60%-dən çoxunu əhatə edib”, - açıqlamada qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi