“Fitch” dünya ÜDM artımına dair proqnozunu azaldıb

“Fitch” dünya ÜDM artımına dair proqnozunu azaldıb “Fitch Ratings” beynəlxalq agentliyi dünyada ÜDM artımına dair proqnozunu sentyabr ayındakı 6 faizdən 5,7 faizədək azaldıb.
Maliyyə
8 Dekabr , 2021 19:48
“Fitch” dünya ÜDM artımına dair proqnozunu azaldıb

“Fitch Ratings” beynəlxalq agentliyi dünyada ÜDM artımına dair proqnozunu sentyabr ayındakı 6 faizdən 5,7 faizədək azaldıb.

“Report” xəbər verir ki, agentliyin dekabr proqnozuna görə gələn il ÜDM artımı 4,2 faiz (əvvəlki 4,4 faiz), 2023-cü ildə isə 3 faiz səviyyəsində gözlənilir. Sənəd müəlliflərinə görə, artım 1973-cü ildən bu yana ən yüksək həddə olaraq qalır.

O cümlədən ABŞ-da ÜDM artımı bu il 6,2 faiz əvəzinə 5,7 faiz, 2022-ci ildə 3,9 faiz əvəzinə 3,7 faiz, 2023-cü ildə 1,9 faiz, inflasiya səviyyəsi bu il 6,4 faiz, 2022-ci ildə 2,8 faiz, 2023-cü ildə 2,4 faiz proqnozlaşdırılır.

Avrozonada ÜDM artımı 2021-ci ildə 5.2 faiz əvəzinə 5 faiz, 2022-ci ildə 4.5 faiz, 2023-cü ildə 2,2 faiz, Yaponiyada isə 2021-ci ildə 2,5 faiz əvəzinə 1,9 faiz, 2022-cin ildə 3,4 faiz, 2023-cü ildə isə 1 faiz, Çində bu il 8,1 faiz əvəzinə 8 faiz, gələn il 5,2 faiz əvəzinə 4,8 faiz, 2023-cü ildə isə 5,3 faiz gözlənilir. İnkişaf edən ölkələrdə ÜDM-nin bu il 7 faiz, gələn il 4,7 faiz, sonrakı il də 4,6 faiz artacağı bildirilir.

Sənədə görə, ABŞ, Avropa, Yaponiyaya dair cari il üçün proqnozların azaldılması tədarük zəncirlərindəki ləngimələr nəticəsində istehsalatda ortaya çıxan çətinliklərlə bağlıdır. Tədarüklə bağlı problemlərin gələn il də davam edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi