"Fitch" dünya iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb

"Fitch" dünya iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb Qlobal iqtisadiyyat üçün müşahidə olunan risklər xeyli zəifləyib
Maliyyə
20 İyun , 2017 11:31
Fitch dünya iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb

Bakı. 20 iyun. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi qlobal iqtisadiyyatın 2017-ci ildə 2,9%, 2018-ci ildə isə 3,1% artacağını proqnozlaşdırır. "Report"un "Fitch"in rəsmi saytına istinadən verdiyi xəbərə görə, 2018-ci ildə gözlənilən iqtisadi artım tempi son 8 ilin ən sürətlisi olacaq.

"Fitch"in baş iqtisadçısı Brayan Kulton (Brian Coulton) bildirib ki, bu il gözlənilən iqtisadi artım həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələr tərəfindən dəstəklənir: "Çinin əmlak bazarında müsbət dəyişikliklər və xammal qiymətlərinin bərpa olunması inkişaf etməkdə olan ölkələrdə tələbin yüksəlməsinə gətirib çıxarıb".

Mart ayı hesabatı ilə müqayisədə yeni hesabatda qeyd olunub ki, 2017-ci ildə avrozona iqtisadiyyatı daha sürətlə inkişaf edəcək. Belə ki, 2017-ci il üçün ÜDM artımı əvvəlki hesabatda olan 1,7%-dən 2%-ə yüksəldilib.

B.Kulton hesab edir ki, son hesabatda yer alan iki əsas risk amili aradan qalxmasa da, xeyli zəifləyib. Bu, avrozonanın parçalanması və ABŞ-da proteksionist siyasət riskləridir.

Son xəbərlər

Orphus sistemi