"Fitch" Azərbaycanın xammal asılılığının artacağını proqnozlaşdırır

"Fitch" Azərbaycanın xammal asılılığının artacağını proqnozlaşdırır Strateji Yol Xəritələrinin perspektivləri isə uzaq görünür
Maliyyə
3 Fevral , 2018 11:20
Fitch Azərbaycanın xammal asılılığının artacağını proqnozlaşdırır

Bakı. 3 fevral. REPORT.AZ/ Cənub Qaz Dəhlizi layihəsinin başa çatması ilə başlayacaq qaz ixracında gözlənilən artım Azərbaycanın xammaldan asılılığını gücləndirəcək.

"Report" xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı hazırladığı son hesabatda bildirilir.

Sənəddə həmçinin qeyd olunub ki, Azərbaycan makroiqtisadi vəziyyət baxımından analoji - "BB" reytinq kateqoriyasında olan ölkələrdən uzaqlaşır. Bunun səbəbi qlobal neft qiymətlərindəki şokların Azərbaycana MDB-nin digər xammal ixrac edən ölkələrlə müqayisədə daha baha başa gəlməsi və iqtisadi diversifikasiyanın olmaması ilə bağlıdır.

Azərbaycanda son 5 ildə real iqtisadi artım orta hesabla 1,2% olub ki, bu da "BB" reytnqli ölkələrin orta qiymətindən (3,5%) çox azdır. ÜDM-in artım tempi, inflyasiya və məzənnə baxımından Azərbaycan xammal ixrac edən MDB ölkələri ilə müqayisədə daha mənfi qiymətləndirilir.

"Fitch"in ekspertlərinin fikrincə, ölkə iqtisadiyyatının diversifikasiyası məqsədi ilə hazırlanan strateji yol xəritələrinin perspektivləri uzaq görünür.

Son xəbərlər

Orphus sistemi