"Fitch": Azərbaycanda qeyri-həyat sığortası rəsmi tariflərdən asılıdır

"Fitch": Azərbaycanda qeyri-həyat sığortası rəsmi tariflərdən asılıdır "Fitch": Azərbaycanda qeyri-həyat sığortası rəsmi tariflərdən aslıdır
Maliyyə
3 İyul , 2020 16:32
Fitch: Azərbaycanda qeyri-həyat sığortası rəsmi tariflərdən asılıdır

“Azərbaycanın qeyri-həyat sığortası bazarının gələcək artım potensialı hökumətin tənzimlədiyi tariflərdən asılıdır”

“Report” xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilir. 

Qurum bəyan edib ki, 2019-cu ildə qeyri-həyat sığortası bazarında qeydə alınmış 7%-lik artımın 5,1%-i rəsmi tariflərlə işləyən icbari sığortanın, o cümlədən avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin və daşınmaz əmlakın icbari sığortasının hesabına olub. 

"Hesabat dövründə həyat sığortası Azərbaycan sığorta sektorunun kiçik bir hissəsi olaraq qalıb. Ancaq bu sektorda 2012-ci ildən 2018-ci ilə qədər güclü bir artım qeydə alınıb. Lakin 2019-cu ildə yanvarın 1-dən həyatın yığım sığortasına yönəldilən vəsaitlərin azalması ilə həyat sığortasında da azalma olub. Bu sektor bank sığortası məhsulları hesabına orta müddətdə böyümə potensialına malikdir", - qurum bəyan edib. 

Son xəbərlər

Orphus sistemi