Bakı. 10 yanvar. REPORT.AZ/ Ukrayna böhranı Rusiyanın kredit reytinqinə birbaşa təsir edir.
"Report" TASS agentliyinə istinadla xəbər verir ki, "Fitch" beynəlxalq reytinq agentliyi Rusiya Federasiyasının kredit reytinqini "BBB"dən mənfi "BBB"-yə salıb.
Agentlik bu qərarını Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla izah edib.
Mənfi "BBB" reytinqi "sərmayə edilə bilər" səviyyənin ən aşağı səviyyəsinə işarə edir. Bu səviyyədən aşağı "zibil" olaraq qiymətləndirilir.