"Fitch" agentliyi "Paşa Bank"ın kredit reytinqini təsdiq edib

"Fitch" agentliyi "Paşa Bank"ın kredit reytinqini təsdiq edib Agentlik: Bankın reytinqi onun sistem əhəmiyyətli olduğunu göstərir
Maliyyə
1 Sentyabr , 2017 10:05
Fitch agentliyi Paşa Bankın kredit reytinqini təsdiq edib

Bakı. 1 sentyabr. REPORT.AZ/ "Fitch" Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın "Paşa Bank" ASC-nin kredit reytinqini "B+" səviyyəsində, reytinq üzrə proqnozu isə "sabit" olaraq təsdiq edib. 

"Report" xəbər verir ki, bu barədə "Fitch"in rəsmi səhifəsində məlumat verilir. 

Agentlik reytinqin təsdiq edilməsini son icmaldan sonra bankın göstəricilərində önəmli dəyişiklik olmaması ilə izah edib. Bankın kredit reytinqinin "B+" səviyyəsinin onun daxili gücü və dayanıqlılıq reyinqinin "b+" səviyyəsi ilə izah edib. Bank sektorunda son zamanlar baş verən mənfi hadisələr "Paşa Bank"ın dayanıqlılıq reytinqinin artımını məhdudlaşdırır.

Bununla yanaşı, "Paşa Bank"ın reytinqi onun sistem əhəmiyyətli bank olmasını göstərir. Bankın möhkəm kapitallaşma səviyyəsi, aktivlərin keyfiyyətli idarəetmə sistemi və kifayət qədər likvidliyə sahib olduğu bildirilir. 

"Fitch" qeyd edib ki, "sabit" proqnoza səbəb isə bəzi aktivlərin gələcəkdə keyfiyyətinin pisləşməsi ehtimallarına baxmayaraq, bankın əldə etdiyi mənfəət və möhkəm kapitalı ilə bunu kompensasiya etmək iqtidarında olması ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi