​"Fitch" agentliyi Azərbaycanın 5 bankının reytinqini açıqlayıb - YENİLƏNİB

​"Fitch" agentliyi Azərbaycanın 5 bankının reytinqini açıqlayıb - YENİLƏNİB "AGBank"ın reytinqi azaldılıb, proqnozu isə ümumiyyətlə qiymətləndirmədən çıxarılıb
Maliyyə
6 Noyabr , 2015 13:01
​Fitch agentliyi Azərbaycanın 5 bankının reytinqini açıqlayıb - YENİLƏNİB

İlk xəbər saat 12:06-da verilib

Bakı. 6 noyabr. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın 5 kommersiya bankının yeni reytinqini açıqlayıb.

"Report"un "Fitch" agentliyinə istinadən verdiyi xəbərə görə, "Expressbank", "Unibank", "Demirbank" ASC-nin emitentin uzunmüddətli xarici valyutada defolt reytinqi "B", "Atabank" ASC-nin "B-" kimi təsdiq olunub. Bu bankların reytinqləri üzrə proqnoz isə "stabil" kimi qiymətləndirilib.

Bununla yanaşı, Agentlik "AGBank" ASC-nin emitentin defolt reytinqini "B-"-dən "CCC"-yə kimi azaldıb, "neqativ" proqnozu isə ümumiyyətlə qiymətləndirmədən kənarlaşdırıb.

***

Məruzəyə əsasən, "Expressbank", "Unibank", "Demirbank" və "Atabank"ın reytinq və proqnozlarının təsdiq olunmasına səbəb kimi xammal qiymətlərinin kəskin düşməsi nəticəsində yaranan əlverişsiz iqtisadi mühitdə bu bankların daha mülayım mənfi təsirə məruz qalması göstərilir. Ümumiyyətlə, bank sektorunda aktivlərin keyfiyyətinin zəifləməsi bu banklara da təsir göstərib. Reytinqlərin gələcəkdə aşağı salınmasının mümkünlüyünü qeyd edən Agentlik buna bir neçə səbəb göstərib: dövlət xərclərinin kəskin azalması, adıçəkilən banklarda borcların dollarlaşma səviyyəsinin yüksək olması ("Unibank"da 48%, "Demirbank"da 34%) və fevraldakı devalvasiya, 2013-2014-cü illərdə sürətli artım göstərən pərakəndə və mikrokreditlərin ödəniş problemi və s.

Buna baxmayaraq, Agentliyin fikrincə, bankların normal kreditlərinin mənfəətliliyi və kapital buferinin möhkəmliyi qısa müddətdə aktivlərin keyfiyyətini yüksək səviyyədə saxlamağa imkan verəcək. Həmçinin, aktivlərin keyfiyyətindəki tsiklik hərəkətlər artıq bankların aşağı olan reytinqində əksini tapıb.

"Expressbank" , "Unibank", "Demirbank"ın "Atabank"a nisbətən bir pillə yuxarı reytinqi ilk üç bankın daha güclü zərəri "həzm" etmək qabiliyyətinin olması ilə əlaqələndirilir. Bu üç bank arasında "Unibank" və "Demirbank" daha mənfəətli, "Expressbank" isə daha möhkəm kapital buferinə malikdir.

Agentlik "Unibank" və "Expressbank"ın əsas kredit riskləri arasında təminatsız istehlak kreditlərini xüsusi qeyd edir. hesabata əsasən, 2015-ci ilin ilk yarısında bu bankların ödəniş vaxtı 90 günü keçmiş və ümidsiz kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi 11-12%-ə yüksəlib. 2014-cü ildə isə bu göstərici 3-4% olub. Buna baxmayaraq, bu bankların normal kreditlərdən mənfəətliliyi 12%, ümumi kreditlər üzrə orta mənfəətliyi isə 7% təşkil edib. Bu da mümkün zərərin örtülməsinə kifayət edib. "Unibank"da vaxtı keçmiş kreditlər 11%-ə yüksəlib və 96%-i ehtiyatlarla təmin edilib. "Expressbank"da isə bu göstəricilər müvafiq olaraq 1,4% və 114% olub.

"Demirbank"da ilin ilk yarısında vaxtı keçmiş kreditlər 10%, normal kreditlərdən mənfəətlilik 7,2% olub və kreditlərin 70%-i ehtiyatla təmin olunub.

"Atabank"da isə bu, müvafiq olaraq 6,6% və 32%-ə bərabərdir.

"AGBank"da vaxtı keçmiş kreditlər 29% təşkil edib. Bunun 40%-i ehtiyatla təmin edilib, kapital adekvatlığı isə 8,6%-lə minimum tələbdən azdır.

Son xəbərlər

Orphus sistemi