"Fitch" agentliyi ABB-nin kredit reytinqini təsdiq edib - YENİLƏNİB

"Fitch" agentliyi ABB-nin kredit reytinqini təsdiq edib - YENİLƏNİB Bankın dayanıqlılıq reytinqini isə "b-"dən "f"ə endirilib
Maliyyə
23 Noyabr , 2016 16:55
Fitch agentliyi ABB-nin kredit reytinqini təsdiq edib - YENİLƏNİB

İlk xəbər saat 09:22-də verilib

Bakı. 23 noyabr. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) emitentin uzunmüddətli defolt reytinqini "BB" səviyyəsində, reytinq üzrə proqnozu isə "neqativ" olaraq təsdiqləyib. Agentlik bankın dayanıqlılıq reytinqini isə "b-"dən "f"ə endirib.

"Fitch" ABB-nin kredit reytinqini onun Azərbaycana verdiyi müstəqil reytinqə bərabər tutub və bu addımı zəruri olduğu hallarda Azərbaycan hökumətinin ABB-yə dəstək verəcəyi ilə əsaslandırıb. "Neqativ" proqnozun isə Azərbaycanla bağlı proqnozu əks etdirdiyi bildirilir.

Agentlik qeyd edir ki, ABB-nin dayanıqlılıq reytinqinin azaldılması Bankın uğursuz fəaliyyəti ilə bağlıdır. Belə ki, 2016-cı ilin I rübündə qeyri-sağlam aktivlərin başqa qurum tərəfindən alınması çox böyük kapital kəsirinin mövcud olduğunu ortaya çıxarıb. Agentlik Bankın kredit reytinqini 2016-cı ilin mart ayında qiymətləndirəndə onun zərərli aktivlərinin 3 mlrd. manat həcmində transferi nəzərdə tutulmuşdur, ilk yarımillikdə Bank tərəfindən təqdim olunan hesabatda isə rəqəmin 10 mlrd. manata yüksəldiyi aşkarlanıb.

***

Banka ehtimal olunan dəstək Azərbaycan dövlətinin ABB-də 55% birbaşa və "Aqrarkredit" qeyri-bank kredit təşkilatı vasitəsi ilə 27,26% payı, ABB-nin sistem üçün əhəmiyyəti, dövlətin 2016-cı ilin ilk yarısında39 mlrd. ABŞ dollarına çatan məcmu valyuta ehtiyatları, maliyyə çevikliyi və bankın 10 mlrd. manat məbləğində problemli kreditlərinin alınaraq sağlamlaşdırılması kimi amillərlə əlaqələndirilir.

"Fitch" Bankın Azərbaycan dövlətinin kredit reytinqi ("BB+") arasındakı bir pilləlik fərqi 2011-2013-cü illərdə ABB-yə kapital dəstəyindəki gecikmələr, 2016-cı ildə kifayət qədər dəstək göstərilməməsi, builki dəstəyin isə Bankın kapital mövqeyinin zəif və həssas olması, hökumətin ABB-ni tam özəlləşdirməməsi və onun sistemdəki əhəmiyyətini azaltması ilə əsaslandırır.

Agentlik bildirir ki, ABB-nin dayanıqlılıq reytinqinin azaldılması Bankın müvəffəqiyyətsizliyini əks etdirir. Belə ki, 2016-cı ilin I rübündə aktivlərin başqa qurum tərəfindən alınması çox böyük kapital kəsirinin mövcudluğunu ortaya qoyub. Agentlik Bankın kredit reytinqini 2016-cı ilin martında qiymətləndirəndə onun zərərli aktivlərinin 3 mlrd. manat həcmində transferi nəzərdə tutulmuşdur, ilk yarımillikdə Bank tərəfindən təqdim olunan hesabatda isə rəqəm 10 mlrd. manata yüksəlib.

"Fitch"ə görə, ABB-nin I dərəcəli kapital əmsalının 2016-cı ilin ilk yarısının sonunda 7% təşkil edib, bu da əlavə itkiləri absorbasiya etmək üçün məhdudiyyətlər yaradır. Agentlik həmçinin 2016-cı ilin IV rübü-2017-ci ilin I rübündə I dərəcəli kapitalı dəfələrlə üstələyən və zəif ehtiyatlara təmin olunan kredit risklərinin təmizlənməsini vacib sayır.

"Bankın problemli kreditlərini təmizləməsi ilə kapitalına daha çox təzyiq yaranıb, açıq valyuta mövqeyi 2016-cı ildə I dərəcəli kapitalını 11 dəfə üstələyərək 3,6 mlrd. manata çatıb. Həmçinin, Bankın ABŞ dollarında verdiyi kreditlər üzrə ödənişləri milli valyutada qəbul etməsi və son 4 ayda milli valyutanın 11% ucuzlaşması onun valyuta mövqeyini eyni saxlaması durumunda kapitalın əriməsinə səbəb ola bilərdi. Lakin bəzi ödənişlərin dollarda olması bu göstəricinin yumşaq tempdə azalmasına səbəb olub. 2016-cı ilin ilk 10 ayında problemli kreditlərlə bağlı az miqdarda ehtiyatların ayrılması səbəbindən I dərəcəli kapital əmsalı 9,4% olub", - deyə məlumatda qeyd olunub.

Agentlik ABB-nin xalis faiz marjasının -1,5%-ə düşdüyünü, faiz gəlirlərini əlavə edib, amma pul formasında qəbul etməməsini nəzərə almaq şərti ilə bunun -6%-ə qədər düşə biləcəyini qeyd edir.

"Fitch" ABB-yə 500 mln. manat həcmində (I dərəcəli kapitalın 90%-i) maliyyə dəstəyinin onun ödəmə qabiliyyətini yüksəldəcəyini, adekvatlıq əmsalını yaxşılaşdıracağını vurğulayır: "ABB xeyli sayda iri kreditorların maliyyələşdirilməsinə bağlı olan qurumdur. Onun 2016-cı ilin ilk yarısının yekununda öhdəliklərin 32%-ni iri kreditlər təşkil edir. Bu kreditlər (öhdəliklərin 37%-i) isə daxili bazarda dövlət qurumlarına verilib. Öhdəliklərin 80%-i isə xarici valyutada olduğundan, bu, maliyyələşdirməni çətinləşdirir".

"ABB-nin likvidlik mövqeyi xarici valyutada çətinləşib. Bu ilin sonu-gələn ilin I rübündə Bankın 450 mln. dollar həcmində borc ödəməsi nəzərdə tutulub. 2016-cı il noyabrın 1-nə Bankın valyuta ehtiyatlarının likvidliyi 250 mln. dollar təşkil edib", - deyən Agentlik hökumətin zəruri vəziyyətdə ABB-yə dəstək verəcəyini qeyd edir.

Eyni zamanda bildirilir ki, ABB-nin depozit bazasının 5 mlrd. manat olmasına baxmayaraq, bunun xarici valyutaya çevrilməsi imkanları hazırda məhduddur.

Son xəbərlər

Orphus sistemi