“Fitch” Azərbaycanın dövlət büdcəsinin profisitini ÜDM-in 4,8 %-i səviyyəsində proqnozlaşdırır

“Fitch” Azərbaycanın dövlət büdcəsinin profisitini ÜDM-in 4,8 %-i səviyyəsində proqnozlaşdırır Azərbaycanın dövlət büdcəsinin profisiti 2022-ci ildəki ÜDM-in 6 %-i səviyyəsindən 2023-cü ildə 4,8 %-ə düşəcək.
Maliyyə
1 Aprel , 2023 12:33
“Fitch” Azərbaycanın dövlət büdcəsinin profisitini ÜDM-in 4,8 %-i səviyyəsində proqnozlaşdırır

Azərbaycanın dövlət büdcəsinin profisiti 2022-ci ildəki ÜDM-in 6 %-i səviyyəsindən 2023-cü ildə 4,8 %-ə düşəcək.

"Report" xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozunda deyilir.

Agentlik bu göstəricinin 2024-cü ildə ÜDM-in 4,2 %-i səviyyəsinə düşəcəyini gözləyir.

"Büdcə gəlirlərinin 27 % artması sayəsində 2022-ci ildə dövlət büdcəsinin profisiti 2 faiz bəndi artaraq ÜDM-in 6 %-nə (2020-ci ildəki 6,5 %-lik kəsirlə müqayisədə) çatıb. Xərclər 2022-ci ildə 14,5 % artıb ki, bu da (37 %-lik deflyatorla dəstəklənən) ÜDM-in nominal artımından xeyli aşağıdır. Bununla belə, qeyri-enerji büdcənin kəsiri qeyri-enerji ÜDM-inin 22,7 %-nə enərək büdcənin 25 %-lik hədəf göstəricisini üstələyib”, - “Fitch” qeyd edir.

Agentliyin analitikləri hesab edir ki, ötən il yenidən tətbiq edilən fiskal qaydalar 2026-cı ildə qeyri-enerji sektorunda ilkin büdcə kəsiri 17,5 %-dək azaltmaq və dövlət borcunu ÜDM-in 20 %-i səviyyəsində məhdudlaşdırmaq məqsədi daşıyır, lakin bunun üçün institusional çərçivə lazımi səviyyədə deyil:

“Nominal ÜDM artımının yavaşlaması kəsir hədəfinə çatmağı daha çətinləşdirəcək, onun ardıcıl şəkildə icrası isə Azərbaycanın güclü maliyyə imkanlarının qorunub saxlanmasına böyük inamı təmin edəcək”.

“Fitch” proqnozlaşdırır ki, 2022-ci ildə 4,5 faiz bəndi azalaraq ÜDM-in 11,6 % səviyyəsinə düşən ümumi dövlət borcu, 2024-cü ilin sonuna ÜDM-in 7,9 %-dək azalacaq.

Son xəbərlər

Orphus sistemi