“Finoko” BOKT “Union Kredit”i alıb

“Finoko” BOKT “Union Kredit”i alıb Alqı-satqı bu il sentyabrın 13-də olub
Maliyyə
3 noyabr 2017 10:36
“Finoko” BOKT “Union Kredit”i alıb

Bakı. 3 noyabr. REPORT.AZ/ “Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) “Union Kredit” MMC BOKT-u alıb.

Bu barədə “Report”a “Finoko”nun İdarə Heyətinin sədr müavini Böyükağa Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı alqı-satqı bu il sentyabrın 13-də olub. "Finoko" rəsmisi sövdələşmənin dəyərini açıqlamayıb. 

Xatırladaq ki, "Finoko" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 mln. manatdır. BOKT-un səhmlərinin 50%-i Elçin Rəşid oğlu Əliyevə (Müşahidə Şurasının sədri), 50%-i isə Elmar Rəşid oğlu Əliyevə (Müşahidə Şurasının üzvü) məxsusdur.

“Union Kredit” isə 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 451,8 min manatdır. 

Son xəbərlər

Orphus sistemi