“Finka Azərbaycan” BOKT-un xalis mənfəəti kəskin artıb

“Finka Azərbaycan” BOKT-un xalis mənfəəti kəskin artıb “Finka Azərbaycan” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 11,1 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
25 May , 2020 10:00
“Finka Azərbaycan” BOKT-un xalis mənfəəti kəskin artıb

“Finka Azərbaycan” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 11,1 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 78,5 dəfə çoxdur.

Ötən il “Finka Azərbaycan”ın vergiyəqədərki mənfəəti 11,2 milyon manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 126 min manat (əvvəlki il qənaət edib) təşkil edib.

Bu il yanvarın 1-nə “Finka Azərbaycan”ın aktivləri 27,1 milyon manat olub ki, bu da bir il əvvələ nisbətən 3,3 dəfə çoxdur. Bunun 12,2 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 3,2 dəfə böyüyüb.

Hesabat dövründə “Finka Azərbaycan”ın öhdəlikləri 11,5 dəfə artaraq 8,4 milyon manata, balans kapitalı isə 2,5 dəfə artaraq 18,7 milyon manata çatıb.

Xatırladaq ki, “Finka Azərbaycan” 1999-cu yaradılıb. Onun nizamnamə kapitalı 7,1 milyon manatdır. BOKT-un təsisçisi 100% “Finca International”dır. 

Son xəbərlər

Orphus sistemi