“FİNKA Azərbaycan” BOKT-un xalis mənfəəti 17 dəfə azalıb

“FİNKA Azərbaycan” BOKT-un xalis mənfəəti 17 dəfə azalıb “FİNKA Azərbaycan" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 673 min manat xalis mənfəətlə başa vurub.
Maliyyə
1 İyun , 2021 16:52
“FİNKA Azərbaycan” BOKT-un xalis mənfəəti 17 dəfə azalıb

“FİNKA Azərbaycan" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 673 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 16,5 dəfə azdır.

Ötən il “FİNKA Azərbaycan"ın vergiyəqədərki mənfəəti 734 min manat (əvvəlki ilə nisbətən 15,3 dəfə az), mənfəət vergisi ödəmələri isə 61 min manat (2,1 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “FİNKA Azərbaycan"ın aktivləri 26,204 milyon manat olub ki, bu da illik müqayisədə 3,4% azdır. Bunun 17,946 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 47,5% böyüyüb.

Hesabat dövründə “FİNKA Azərbaycan"ın öhdəlikləri 26,7% artaraq 10,703 milyon manata çatıb, balans kapitalı isə 17% azalaraq 15,501 milyon manata düşüb.

Xatırladaq ki, "FİNKA Azərbaycan" 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 3,757 milyon manatdır. BOKT-un təsisçisi 100% "FINCA International"dır.

Son xəbərlər

Orphus sistemi