“Finex Kredit” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək

“Finex Kredit” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək Gələn il yanvarın 18-də, saat 11:00-da “Finex Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Maliyyə
4 Dekabr , 2019 10:05
“Finex Kredit” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək

Gələn il yanvarın 18-də, saat 11:00-da “Finex Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq BOKT-un baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 11 ünvanında olacaq.

Yığıncağın gündəliyinə “Finex Kredit”in 2019-cu il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin, Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun maliyyə hesabatının və müstəqil auditorunun hesabatının, Müşahidə Şurasının hesabatının təsdiq edilməsi, eləcə də BOKT-un yeni istiqraz emissiyasının, 2020-ci il üzrə büdcə və proqnoz göstəricilərinin, nizamnamə kapitalının, vəsaitlər cəlb edilməsi məqsədilə maliyyə qurumlarına müraciətinin, yeni filiallarının açılmasının və digər məsələlərin müzakirə edilməsi daxildir. 

Son xəbərlər

Orphus sistemi